"Benfika" Duranı heyətinə qatır

15:05 - 17 İyul 2026

"Əl-Nəsr"in hücumçusu Con Duran karyerasını Portuqaliyada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

"Benfika" kolumbiyalı forvardı icarəyə götürmək istəyir. Lissabon təmsilçisinin Duranın keçidi üçün razılıq əldə etdiyi bildirilir. 22 yaşlı futbolçu yaxın günlərdə Portuqaliyaya gedəcək və yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Con Duran 2025/26 mövsümünün ilk yarısında "Fənərbaxça"da, ikinci yarısında isə "Zenit"də icarə əsasında çıxış edir.

Xəbər xətti