Fransa millisinin baş məşqçisi rəsmən açıqlandı

13:18 - 28 İyul 2026

Fransa millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.

Sportal.az xəbər verir ki, Avropa və dünya çempionlarını Zinəddin Zidan çalışdıracaq.

Bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onun müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. 

54 yaşlı mütəxəssis bu postda Didye Deşamı əvəzləyib.

Zidan baş məşqçi kimi “Real”da işləyib. O, Fransa yığmasında 1994-2006-cı illərdə 108 matça çıxıb və 31 qol vurub.

Xəbər xətti