Yoxlama matçları keçiriləcək
"Qarabağ" hələ də istirahətdədir. Premyer Liqanın qış fasiləsinə lider kimi yollanan Ağdam təmsilçisi 2015-in hazırlıqlarına Antalyada başlayacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" yanvarın 10-da yığışacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq. Fevralın 1-nə qədər Antalyanın Belek bölgəsindəki `İC Santai` otelində məskunlaşacaq komanda bu müddətdə 6 yoxlama oyunu keçirməyi planlaşdırır.
Yoxlama oyunlarının proqramı belədir:
17 Yanvar – Split (Xorvatiya)
21 Yanvar – Sürix (İsveçrə)
24 Yanvar – Levski (Bolqarıstan)
27 Yanvar – Legiya (Polşa)
29 Yanvar – Mordoviya (Rusiya)
31 Yanvar – Targu Mures (Ruminiya)
saytlarin hazirlanmasi