Qurban Qurbanov: "Təlim-məşq toplanışından maksimum yararlanmalıyıq"

01:10 - 12 Yanvar 2015

Futbolçular 2 qrupa ayrıldı

 

"Qarabağ" Antalyada ilk məşqinə çıxıb. Qardaş ölkəyə təlim-məşq toplanışına yollanan komanda 2015-ci ildəki ilk məşqi yerli vaxtla 11:00-da (Azərbaycan vaxtıyla 13:00) komandanın məskunlaşdığı `İC Santai` otelinin meydançasında reallaşıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqə başlamamışdan öncə komandanın baş məşqçisi Qurban Qurbanov futbolçuların önündə qısa çıxış edib. Mütəxəssis 3 həftəlik təlim-məşq toplanışından maksimum yararlanmaq gərəkdiyini vurğulayıb.  Ardınca futbolçular 2 qrupa ayrılıb. 1 qrup qaçışla məşqə başlayıb. Ardınca fiziki təlimlər yerinə yetirilib. Digər qrup isə qeyd etdiyimiz laktat testi verməyə yollanıb. Futbolçuların ümumi fiziki hazırlıq səviyyəsini müəyyənləşdirəcək proses təxminən 1 saat davam etdi.

 

Komandanın 2-ci çalışması yerli vaxtla 17:00-da reallaşıb.

Xəbər xətti