Təlim-məşq toplanışı
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın növbəti günündə Qurban Qurbanovun komandası səhər məşqinə yerli vaxtla 11:00-da yollanıb.
Çalışma 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 3 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiribilər.