Ağdam təmsilçisi ilk sınağına çıxır
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” ilk yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın “RNK Split” komandasıyla üz-üzə gələcək.
Qarşılaşma “Piapilyon” hotelinə məxsus futbol meydançasında reallaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da veriləcək.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu yanvarın 21-də İsveçrənin “Sürix” klubuna qarşı keçirəcək.
Yoxlama oyunu
17 yanvar
19:00. “Qarabağ” (AZƏRBAYCAN) – “RNK Split” (Xorvatiya)
saytlarin hazirlanmasi