Cavad Mirzəyevin səhhəti yaxşılaşdı
Con van Leonun rəhbərliyi altında Hollandiyaya yola düşən “Qarabağ”ın aşağı yaş qruplarının məşqçilər korpusu ötən gün "Ayaks" komandasının bazasında olublar.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi onların iş prinsipi ilə yaxından maraqlanıblar. Məşqçilər Hollandiya çempionatında keçirilən "Ayaks" - "Qroningen" (2:0) oyununu stadiondan canlı izləyiblər.
Qeyd edək ki, 17 yaşlılardan ibarət komandanın məşqçi-köməkçisi Cavad Mirzəbəylinin səhətində problemlər yaranmışdı. Əməliyyatdan sonra vəziyyəti yaxşılaşan çalışdırıcı hazırda ayılıb və yaxşı durumdadı.
saytlarin hazirlanmasi