Muarem Muarem "Qarabağ"da qaldı

16:10 - 17 Yanvar 2015

"Eskişehirspor"la razılıq əldə olunmadı

 

"Qarabağ"la Türkiyənin "Eskişehirspor" klubu arasında aparılan transfer danışıqları başa çatıb.

Sportal.az Fanat.az-a istinadən xəbər verir ki, tərəflər Muarem Muaremin transferində analaşa bilməyib.

"Eskişehirspor" makedoniyalı futbolçu üçün "Qarabağ"a 100-150 min dollar məbləğində təklif irəli sürüb. Lakin "Qarabağ" bu məbləğlə razı olmayıb və bu transfer üçün daha çox təzminat istəyir.

Bundan başqa, "Eskişehirspor" təklif etdiyi məbləği birbaşa ödəmək niyyətində deyil. Bank təminatı təqdim edən türklər məbləği hissə-hissə ödəmək istəyir. "Qarabağ" isə  bununla razılaşmayıb və razılaşdırılacaq məbləğin birbaşa bank hesabına ödənilməsini tələb edir.

Tərəflər anlaşa bilmədiyi üçün Muaremin "Qarabağ"da qalacağı dəqiqləşib. Çoх az bir ehtimal var ki, transfer yenidən gündəmə gəlsin. Bu gün klublar arasındakı danışıqlar prosesində son gündür. "Eskişehirspor"un bu gün yeni təklif irəli sürə bilər.

Xəbər xətti