UEFA "Qarabağ"ın müraciətinə baxır

12:00 - 5 Fevral 2015

Ali futbol qurumu Zelinka haqda nə qərar verəcək?
 
Bu gün "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda "İnter"lə keçirilən görüşdə (0:0) vurulan qolunun baş hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması ilə bağlı UEFA-ya  etdiyi müraciətinə baxılacaq. 
 
Sportal.az xəbər verir ki,  ali futbol qurumu məsələ ilə bağlı qərarını yaxın saatlarda açıqlayacaq. 
 
UEFA-nın iclasında matçın hakimliyi məsələsinə toxunulacaq. Çexiyalı hakim Miroslav Zelinkanın cəzalandırılacağı gözlənilir. Oyunun təkrar keçirilmə ehtimalı demək olar ki, yoxdur.
 
Xatırladaq ki, “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi  Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. 

Xəbər xətti