Vüqar Nadirov: "Bizim də ürəyimiz bir az rahat olardı"

11:32 - 8 Fevral 2015

"Amma bizdə heç bir arxayınçılıq yox idi"
 
Xəbər verdiyimiz kimi, dünən"Qarabağ" evdə "Bakı"nı 4:1 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, Ağdam klubunun hücumçusu Vüqar Nadirov jurnalistlərin suallarını cavablandırıb:
 
- Yeni ilə darmadağınla başladınız. Bu qələbəni necə şərh edərdin?
- Bilirdik ki, "Bakı”  gənc oyunçulardan qurulmuş istəkli komandadı. Əsas bizə bu oyunda qələbə qazanmaq lazım idi. Şükürlər olsun ki, bunu bacardıq.
 
- Real qol epizdoları oldu ki, Siz, Muarrem və digər oyunçular bu şanslardan yararlana bilmədiz. Çətinlik nədə idi? Qolları da müdafiəçi və ya müdafiəyəmeyilli futbolçular vurdu.
- Nəzərə alaq ki, çempionatın ilk oyunu idi. Bəzən elə olur ki, müdafiəyəmeyilli futbolçular ön plana çıxır, elə oyunda olur, hücumçular komandanı irəli aparır. Futbolda hər şey mümkündü. Mənim də bu gün bir neçə epziodda qol vurmaq şansım oldu, amma istifadə edə biləmdim.
 
- "Bakı” klubunda son vaxtlar olan maliyyə problemləri komandada arxayınçlıq yaratmamışdı?
- Vəziyyəti bilirdik. Amma bizdə heç bir arxayınçılıq yox ıdı.
 
- UEFA-nın "İnter”lə oyunda olan məlum hadisə ilə bağlı verdiyi qərarı necə dəyərləndirədin?
- Açığı ümid edirdim ki, nəsə dəyişər, amma heç hakimi də cəzalandırmadılar. Heç olmasa, hakim cəzalandırılmalı idi. Bizimdə ürəyimiz bir az rahat olardı. İnşallah, gələn mövsüm üçün hazırlaşacağıq.

Xəbər xətti