Biri yubiley matçına, digəri yubiley qoluna imza atdı
“Qarabağ”ın iki futbolçusu Premyer Liqanın XX turunda yubiley qeyd edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin liderlərindən sayılan braziliyalılar Reynaldo Silva və Riçard Almeyda fərqli göstəricilərdə əlamətdar rəqəmə çatıblar. Reynaldo çempionatdakı oyun sayında, Riçard isə klubunda vurduğu qollarda buna nail olub.
“Bakı” ilə matçda Reynaldo Silva Premyer Liqada 50-ci oyununu keçirib. Bütün oyunlarını “Qarabağ”ın formasında keçirən braziliyalı ölkəmizdə 2012/13 mövsümündə debüt edib. Çempionatda 3-cü mövsümünü keçirən cənubi amerikalı bu matçlarda 27 dəfə rəqib qapılarına qol vurub.
Qələbədə 2 qolla pay sahibi olan Riçard isə “Qarabağ”ın heyətində 25-ci dəfə fərqlənib. Bu qarşılaşmayadək çempionatda 20, kubokda 2, avrokuboklarda 1 dəfə rəqib qapılarına yol tapan yarımmüdafiəçi dubl sayəsində ümumi qol sayını 25-ə çatdırıb.
saytlarin hazirlanmasi