"Qarabağ"ın vəkili: "Deyəsən, UEFA bizimlə eyni oyunu izləməyib"

00:42 - 10 Fevral 2015

"Matçın 48 saniyə erkən bitdiyinə dair də dəlilin olmadığını bildiriblər"
 
UEFA-nın "Qarabağ" - "İnter" oyunu ilə bağlı meydan sahibi komandanın verdiyi şikayəti qəbul etməməsinin səbəbi bəlli olub.
 
Sportal.az xəbər veriri ki, bu barədə təmsilçimizin vəkili Qurur Qayə Günal məlumat verib.
 
Hüquq müdafiəçisi feysbuk profilində bunları yazıb: "Dəyərli dostlar UEFA əsaslandırmasını açıqladı. Oyundankənar vəziyyəti dəyərləndirmək hakimin qərarıdır. Matçın 48 saniyə erkən bitdiyinə dair də dəlilin olmadığını bildiriblər. Hamımız birlikdə izləyək, qol epizodundan sonra matça davam edildimi? Videoyazılardan daha açıq dəlil ola bilərmi? Deyəsən, UEFA bizimlə eyni oyunu izləməyib. Sabah apelyasiya şikayəti verəcəyik!"

Xəbər xətti