"Qarabağ"ın müdafiəçisi: "Bu, bizim günahımız deyil"

13:10 - 20 Fevral 2015

"Bu oyunda müdafiə xəttimizə daha çox iş düşdü"
 
Dünən Premyer Liqanın 23-cü turunda "Qarabağ" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdi.
 
Oyundan sonra "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli öz fikirlərini Sportal.az-la bölüşüb:
 
"Çətin oyun oldu, "Neftçi" güclü komandadır, xüsusi ilə də hücum xəttini qeyd etmək istəyirəm. 3 xal qazandığımıza görə xoşbəxtəm. Bu oyunda müdafiə xəttimizə daha çox iş düşdü. Son iki oyunda yaxşı oynayırıq, yaxşı temp tuturuq. "Qarabağ"ın zirvədə rəqibsiz qalmağı deyilir, amma burda bizim günahımız yoxdu. Deməliyəm ki, "Neftçi" və "İnter" də güclü komandalardı və mübarizəni sona qədər aparacağıq. Keçən ilə nisbətən bu mövsüm daha ciddi hazırlaşmışdıq və hazırda da bunun bəhrəsini görürük".

Xəbər xətti