XXIII turdan sonra...
Premyer Liqanın lideri “Qarabağ” məşqləri bərpa edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, XXIII turun “Neftçi”ylə qarşılaşmasından sonra 3 günlük istirahətə buraxılan Qurban Qurbanovun yetirmələri növbəti matçın hazırlıqlarına start verib.
Bu gündən bir araya gələn komanda fevralın 28-də keçiriləcək “Qəbələ” ilə ev oyununa tam heyətlə hazırlaşa bilmir. Buna səbəb 6 futbolçunun millinin heyətində toplanışa yollanmasıdı. Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov, Namiq Ələsgərov hələ də komandayla Antalyada olduğundan, Maksim Medvedev zədə üzündən geri qayıtdığından məşqlərdə iştirak etmir.
saytlarin hazirlanmasi