"Xəzər"lə oyunda yalnız birindən istifadə etdik"
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev "Xəzər Lənkəran"la matçdan sonra jurnalistlərə müsahibə verib:
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyun necə keçdi?
- Yaxşı hazırlaşmışdıq. Oyunqabağı da istəyimiz bu görüşdə qalib gəlmək idi. Şükür Allaha istəyimizə nail olduq. Bizim üçün ağır oyun keçdiyini söyləyə bilərəm.
- Bu nədən irəli gəlir?
- "Xəzər Lənkəran" daha rahat oynayan komandadı. Xüsusilə də indiki vəziyyətdə. Yəni heçbir şansı qalmayıb və daha rahat oynayırlar. Bu da bizim üçün daha təhlükəlidi. Yaxşı oyun keçdi.
- Qol epizodlarınız həddən artıq çox olsa da, hesab 1:0 oldu...
- Əlbəttə ki, qol epizodlarını çox yaratmağımız komanda adına yaxşı göstərəcidi. Yənni bu qədər şanlarımız olur. Təbii ki, bu epizodlardan istifadə etmək də mütləqdi. "Xəzər"lə oyunda yalnız birindən istifadə etdik.
- Əsas rəqiblərinizdən olan "Neftçi" "İnter"ə məğlub oldu...
- Öz oyunumuzdan sonra eşitdim ki, "Neftçi" uduzdu. Hər halda bu çempionatın nə qədər maraqlı keçdiyini göstərir.
- "Neftçi" oyunçuları özləri də çempionluğun əldən getdiyini görərək, bütün diqqətini sanki kuboka yönəldib...
- Ola bilər. Onların adından danışmaq istəməzdim. Ancaq yəqin ki, "Neftçi"nin də hansısa planları var. "Neftçi"də dost-qardaşlarımız oynayır. Onlara da uğurlar arzu edirəm.
saytlarin hazirlanmasi