"Dağlıq Qarabağ Azərbaycanındı" deyən futbolçu Ermənistana qarşı oynayacaq

14:43 - 17 Mart 2015

Ansi Aqolli üçün önəmli matç
 
“Qarabağ”ın futbolçusu Ansi Aqolli üzvü olduğu Albaniya millisi ilə birgə Ermənistana qarşı oynayacaq.
 
Sportal.az xəbər verir ki, Aqollinin komandası Ermənistan millisi ilə qarşılaşacaq. Matç martın 29-da, “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Albaniyada keçiriləcək.
 
Qeyd edək ki, Albaniya millisi ilə Ermənistan “Avro-2016”nın I qrupunda yer alıb. Hərəyə üç oyun keçirən Albaniya və Ermənistan qrupda müvafiq olaraq üçüncü və beşinci yeri tutur.
 
Əlavə edək ki, “Qarabağ”da əsas heyətin futbolçusu olan Ansi Aqolli Albaniya millisində də daim ilk onbirlikdə yer alır. Bir müddət əvvəl Aqolli "Anadolu" xəbər agentliyinə verdiyi müsahibədə "Dağlıq Qarabağ Azərbaycanındır" ifaadəsini işlətməklə, Xocalı faciəsi haqda daim sosial şəbəkə hesabında məlumatlar paylaşırdı. O, "Qarabağ" azarkeşlərin sevimli futbolçularından sayılır.

Xəbər xətti