Komanda martın 22-si bir araya gələcək
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilə ilə əlaqədar futbolçularına üç günlük istirahət verib.
Sportal.az xəbər verir ki, komanda dünəndən etibarən istirahətə yollanıb. Martın 22-də “Qarabağ” Premyer Liqada 27-ci turda qarşılaşacağı “İnter”lə oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu aprelin 1-də keçiriləcək.
saytlarin hazirlanmasi