9 futbolçu millidə
Avro-2016-nın seçmə mərhələsinin bu ay keçiriləcək oyunlarına “Qarabağ”dan doqquz futbolçu dəvət alıb.
Sportal.az xəbər verir ki, bu göstərici ilə Azərbaycan klubları arasında rekord göstəriciyə imza atan Ağdam təmsilçisinin 7 oyunçusu Azərbaycan, 1 futbolçusu Albaniya, 1 futbolçusu isə Bosniya və Hersoqovina millisinə dəvət alıb.
Azərbaycan millsinə Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedyev, Qara Qarayev, Cavid Tağıyev, Namiq Ələsgərov və Vüqar Nadirov, Albaniya millisinə Ansi Aqolli, Bosniya millisinə isə qapıçı İbrahim Şehiç dəvət alıb.
saytlarin hazirlanmasi