Sehiç: " Ancaq mən də öz şansımı gözləyirəm"

17:33 - 27 Mart 2015

"Hər kəs komandanın qarşısına qoyulan tapşırığı bilir"
 
"Yenidən yığmaya dəvət aldığım üçün şadam. Hər kəs komandanın qarşısına qoyulan tapşırığı bilir. Səhv edə bilmərik. Ona görə hər oyuna yaxşı hazırlanmalı və ciddi yanaşmalıyıq".
 
Sportal.az xəbər verir ki, bu sözləri yenidən Bosniya və Hersoqovina yığmasına çağırılan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib.
 
Ölkəsinin mətbuatına danışan İ.Şehiç milli komandanın heyətində oynayacağına ümid etdiyini bildirib: "Yığma komandada olan hər bir futbolçu oynayacağına ümid edir. Həmkarım Asmir Beqoviç həm millidə, həm də klubunda yaxşı oyun nümayiş etdirir. Bu səbəbdən də yığmanın bir nömrəsi odur. Ancaq mən də öz şansımı gözləyirəm. "Qarabağ"ın heyətində ötən ili uğurlu keçirdim. Avropa Liqasında güclü komandalara qarşı oyunlarda təcrübə topladım, qapıçı, futbolçu və insan kimi inkişaf etdim". 
 
Qeyd edək ki, Bosniya və Hersoqovina yığması "Avro-2016"nın seçmə mərhələsində sabah səfərdə Andorranın qonağı olacaq.

Xəbər xətti