"Qarabağ"ın futbolçusu 250-yə çatdı

12:28 - 10 Aprel 2015

250 matça 7 qol

 

“Qarabağ”ın futbolçusu Maksim Medvedev klub karyerasında 250-ci oyununu keçirib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, karyerası boyu yalnız bir klubda çıxış edən müdafiəçi üçün Topaz Premyer Liqasının XXIX turunun AZAL-la qarşılaşması yubiley xarakteri daşıyıb. Bu matçadək 249 dəfə Ağdam təmsilçisinin formasını geyən Maksim heyətində 7 qol vurduğu komandada 250-yə çatıb.

 

2007-ci il fevralın 12-də Yevlaxda baş tutan “Karvan” – “Qarabağ” oyununda baş məşqçi Rasim Kara tərəfindən start heyətə daxil edilən Medvedev peşəkar karyerasında ilk rəsmi matça çıxıb. 8 ildir klubuna sadiq qalan arxa xətt oyunçusu bu müddətdə 192 çempionat, 22 kubok, 36 avrokubok qarşılaşmasında iştirak edib.

 

mövsüm

Turnir

oyun

qol

2006/07

Kubok

-

-

2006/07

Çempionat

11

0

2007/08

Kubok

2

0

2007/08

Çempionat

18

0

2008/09

Kubok

3

0

2008/09

Çempionat

20

0

2009/10

Kubok

2

0

2009/10

Çempionat

26

0

2009/10

Avropa Liqası

6

0

2010/11

Kubok

1

0

2010/11

Çempionat

18

0

2010/11

Avropa Liqası

7

0

2011/12

Kubok

5

0

2011/12

Çempionat

25

2

2011/12

Avropa Liqası

6

0

2012/13

Kubok

3

0

2012/13

Çempionat

24

1

2013/14

Kubok

3

0

2013/14

Çempionat

32

2

2013/14

Avropa Liqası

8

0

2014/15

Kubok

3

1

2014/15

Çempionlar Liqası

2

0

2014/15

Çempionat

18

1

2014/15

Avropa Liqası

7

0

Cəmi

Kubok

22

1

Cəmi

çempionat

192

6

Cəmi

Avrokubok

36

0

Cəmi

yekun

250

7

Xəbər xətti