"Qarabağ" üçün göz yaşı tökən amerikalı VİDEO

18:03 - 10 Aprel 2015

Tahir Gözəlin mətbuat konfransı
 
Klubun bazasında mətbuat konfransı keçirən vitse-prezidenti Tahir Gözəl ilk olaraq uğurlardan danışıb.
 
Sportal.az xəbər verir ki, o bildirib ki, komandanın nailiyyətlərində dostlarının da rolu olub. "Qarabağ"ın təbliğində amerikalı Tomas Qolts və Şakir Eminbəylinin xüsusi əməyi olduğunu deyən Tahir Gözəl, hər iki şəxsi mükafatlandırıb, onlara forma hədiyyə edib.
Cənab Qolts bu zaman göz yaşlarını saxlaya bilməyib.  "Qarabağ" haqqında 50 dəqiqəlik sənədli film çəkildiyi haqda məlumat verilib.
 
Azərbaycanca danışan Tomas Qolts deyib ki, film futbolla yanaşı, müharibə mövzusundan bəhs edir:
 
"Qarabağın dünyaya Azərbaycan ərazisi kimi tanıdılması üçün keçirilən tədbirlərdən əlavə futbol klubunun öz uğurlu çıxışı da çox vacibdir. Filmdə "Qarabağ"ın sonuncu dəfə "İmarət"də olduğu ildən indiyədək keçdiyi yol əks olunub. Dünyada komandası olmayan minlərlə şəhər var, amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır. Bu baxımdan "Qarabağ" haqqında çəkilən film xüsusi önəm daşıyır".

Xəbər xətti