"Siz UEFA-ya inanırsınız, yoxsa mənə?"
Premyer Liqanın 28-ci turunda 1-1 hesabı ilə başa çatan "Bakı” – "Qarabağ” oyunu ətrafında söz-söhbət dolaşmaqdadır. İddia olunur ki, həmin görüşün nəticəsi əvvəlcədən razılaşdırılıb.
Sportal.az xəbər verir ki, məsələyə Qurban Qurbanov "Simurq"la oyundan sonra baş tutan mətbuat konfransında şərh verib:
"Siz UEFA-ya inanırsınız, yoxsa mənə?" sualı ilə müraciət edən mütəxəssis jurnalistlərdən "sizə" cavabı aldıqdan sonra bu məsələyə geniş şərh vermək istəməyib. "Bunlar mənim üçün əhəmiyyətsizdir" deyərək bu məsələyə son nöqtəni qoyub.
saytlarin hazirlanmasi