"Qarabağ" yenə "Simurq" üçün başladı

00:18 - 20 Aprel 2015

Komanda bir məşqlə kifayətləndi
 
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması üçün "Qarabağ" dünən məşqə başlayıb.
 
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXX turundakı gərgin "Simurq" matçından sonra komandaya 1 günlük istirahət vermişdi.
 
Dünənn komandanın bir məşqi keçirilib. Komanda 17:00-da günün yeganə çalışmasına çıxıb.Zədəli Vüqar Nadirov isə fərdi məşqlərə başlayıb. Ağdam təmsilçisi bugün oyunöncəsi son məşqinə çıxacaq.
 
Aprelin 21-də, Zaqatalada baş tutacaq qarşılaşmanın başlama saatı da müəyyənləşib. Zaqatala şəhər stadionundakı görüş saat 18:00-da keçiriləcək.

Xəbər xətti