Vitse-prezident anidən bazaya gəldi
"Qarabağ" 2 gün öncə "Simurq"u məğlub edərək ölkə kubokunun finalına çıxdı. İyunun 3-də baş tutacaq finalda "Neftçi"ylə qarşılaşacaq Ağdam təmsilçisi 2 gün sonra da "ağ-qara"larla Premyer Liqa çərçivəsində üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, klubun vitse-prezidenti Tahir Gözel bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, çempionatın bu vacib qarşılaşması öncəsi başqan komandanı sürpriz ziyarəti reallaşıb. Məşqə çıxmazdan əvvəl başqan anidən bazaya gəlib və komandayla görüşüb. Futbolçularla bir-bir görüşən başqan onları bir daha təbrik etməklə yanaşı "Azərbaycan derbi"sində uğur arzulayıb. Olduqca xoş abu-havada keçən görüşdən sonra futbolçular məşqə yollanıblar.
saytlarin hazirlanmasi