"Qarabağ" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

17:10 - 28 Aprel 2015

"Məsələyə Lozannada baxılacaq"
 
Türkiyəli vəkil Qürur Qayə Günal bəyan edib ki, "Qarabağ" UEFA-nın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyunundakı sayılmayan qol ilə bağlı yekun qərarından narazıdır və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.
 
Sportal.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında bunları söyləyib:

"Biz hakimin səhv qərarları ilə bağlı UEFA-ya şikayət etsək də, buna arzuladığımız şəkildə cavab ala bilmədik. Bunu da onunla izah etdilər ki, hakim epizodu elə görüb və qərarı dəyişə bilməzlər. Bu üzdən də biz bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik və məsələyə Lozannada baxılacaq".

Xatırladaq ki, Bakıda baş tutan həmin oyunda çexiyalı hakim Miroslav Zelinka "Qarabağ"ın təmiz qolunu qeydə almamışdı. Nəticədə, Ağdam klubu qrupda qalmış, əvəzində növbəti mərhələyə Ukraynanın "Dnepr" klubu yollanmışdı.

Xəbər xətti