Derbidən də söz açıldı
Türkiyənin məşhur "LİG TV" televiziyası "Qarabağ"la bağlı sujet hazırlayıb.
Sportal.az xəbər verir ki, sujetdə "Qarabağ" klubunun vəkili Qürur Qayə Ünal da Avroliqanın qrup mərhələsinin son turunda İtaliya “İnter”i ilə matçda sayılmayan qol ilə bağlı CAS-a (İdman Arbitraj Məhkəməsi) müraciət etdiyini bildirib. “Atlılar” bundan öncə də UEFA-ya şikayət etmişdi. Lakin UEFA tərəfindən edilən şikayət təmin olunmadığından komandanın vəkili ən ali məhkəmə qurumu olan CAS-a müraciət edib.
Qeyd edək ki, sujetdə həmçinin Azərbaycan derbisi adlandırılan "Qarabağ" - "Neftçi" (3:2) matçından da söz açılıb. Klubun vitse-prezidenti Tahir Gözəlin qələbə sonrası təəssüratlarına yer verilib.
saytlarin hazirlanmasi