"Hakim qərarını verdi, bitdi"
"Oyun ağır keçdi. Əvvəldən də çətin olacağını bilirdik. Nəticə bizə sərf edən idi. Lakin sonda qol buraxaraq, qələbəni əldən verdik. Demək olar ki, bərabər oyun gedirdi. Qol vurduqdan sonra qapalı oynadıq. Əks-hücumlara bel bağlayırdıq. Lakin əks hücumlarda rəqibi yaxalaya bilmədik. Belə oyunlarda ikinci qolu vurmaq lazımdı. Vura bilməyəndə rəqib təzyiq göstərir. Elə olur ki, sona qədər qapını toxunulmaz saxlaya bilirsən, elə də olur ki, sonda qol buraxırsan. 1 xal bizim üçün pis nəticə deyil. Oyundan əvvəl də demişdim ki, əsas olan uduzmamaqdı. İndi qarşıda “Xəzər Lənkəran”la ağır oyunumuz var. Həmin görüşü düşünməliyik".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Qəbələ" ilə matçdan sonra jurnalistlərə açıqlamasında bildirib. Kapitan oyunun sonlarında təyin edilən penalti epizodu haqda bildirib:
"O epizod barədə heç nə demək istəmirəm. Hakim qərarını verdi, bitdi. İndi növbəti oyunlara baxmalıyıq".
saytlarin hazirlanmasi