Qurban Qurbanovun yetirmələri ardıcıl ikinci dəfə qızıl medallara yaxındır
Azərbaycan Premyer Liqasının bu həftə keçiriləcək XXXIII turu çempion klubun adına aydınlıq gətirə bilər.
Sportal.az xəbər verir ki, qızıl medalların taleyi “Xəzər Lənkəran” – “Qarabağ” və “İnter” – “Neftçi” qarşılaşmalarının nəticələrindən asılıdı.
Ağdam təmsilçisi Lənkəranda qalib gəlsə, “İnter” paytaxt derbisində xal itirsə (heç-heçə və ya məğlubiyyət) Qurban Qurbanovun yetirmələri ardıcıl 2-ci dəfə Azərbaycan çempionu olacaq. Lənkərandakı heç-heçə qeydə alınsa, “bankirlər” yenilsə, “Qarabağ” ən azı “Qızıl oyun”da yerini təmin edəcək.
“İnter” qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq, mübarizə növbəti turlara qədər davam edəcək. “Qarabağ”ın məğlubiyyəti də eyni nəticəyə səbəb olacaq.
saytlarin hazirlanmasi