"Qarabağ" yay toplanışını harada keçirəcək?

15:50 - 6 May 2015

Əmrah Çəlikəl: "Çox güman ki, Türkiyəyə getməyəcəyik"
 
“Qarabağ”ın yayda təlim-məşq toplanışı keçəcəyi ölkə müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə yay toplanışını Türkiyədə deyil,  Avstriyada keçirəcək. Klubun icraçı-direktoru Əmrah Çəlikəl açıqlamasında komandanın təlim-məşq toplanışını sözügedən məkanda keçəcəyini təsdiqləyib:
 
“Çox güman ki, Türkiyəyə getməyəcəyik. Bu dəfə Avstriyada toplanış keçmək fikrindəyik. Çünki orda daha yaxşı şərait var. Türkiyə variantından imtina etməyimizin səbəbi də məhz budur. “Qarabağ”ın yay təlim-məşq toplanışı Avstriyada keçməsi üçün danışıqlar aparırıq”.
 
Mənbə: Apasport.az

Xəbər xətti