Bu gün Azərbaycan Premyer Liqasının XXXIV turuna yekun vurulub.
Sportal.az xəbər verir ki, "Qarabağ" "Bakcell Arena"da "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib və çempionluğunu rəsmiləşdirib.
Görüşdən sonra Ağdam klubunun azarkeşlərinin yer aldığı sektorda xoşagəlməz olay yaşanıb. Belə ki, sevimli komandasının çempionluğunu bayram edən azarkeşlərdən biri Cavad Salahlı tribunadan yıxılıb. Yaralanan azarkeş Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. Yalnız onu öyrənə bildik ki, fanatın ayağı sınıb.