"Qarabağ"da istirahət başa çatdı
"Qarabağ" "Sumqayıt"la baş tutan çempionluq oyunundan sonra məşqlərə 1 günlük ara vermişdi.
Sportal.az xəbər verir ki, Ağdam klubu bu gün məşqlərini bərpa edib. Komandanın bu gün bir məşqi baş tutub. Futbolçular fiziki hazırlığın ardından iki qrupa bölünərək Qurban Qurbanovun tapşırıqlarını futbol oynayaraq həyata keçiriblər.
Qeyd edək ki, "Qarabağ" Premyer Liqadakı son matçını may ayının 22-də "İnter"ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi