"İmarət" qara geyinəcək, 90 dəqiqə susacaq

12:15 - 21 May 2015

Yanğın qurbanlarını yad edəcəklər

 
"Qarabağ"ın "İmarət" fan-klubu Bakıdakı faciəvi yanğın qurbanlarını yad edəcək.
 
 
Sportal.az хəbər verir ki, fan-klubun rəhbərliyi bununla bağlı qərar qəbul edərək mayın 22-də baş tutacaq "İnter" - "Qarabağ" matçında qapının arxasındakı tribunaya qara, yazısız parça asıb 90 dəqiqə səssiz oturacaq. Fan-klub hamını stadiona qara geyimdə gəlməyə çağırıb.
 
 
"İmarət" həmçinin çempionluq tədbirlərini də təхirə salıb.

Xəbər xətti