Qurban Qurbanov futbolçularını istirahətə buraxdı

12:37 - 24 May 2015

Komanda sabah bir araya gələcək
 
Mövsümün çempionu "Qarabağ" "İnter"lə oyundan sonra 3 günlük istirahətə buraxılıb.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov futbolçularına 3 günlük istirahət imkanı yaradıb. Sabah komanda axşam saatlarında klubun bazasında bir araya gələcək və mayın 26-dan etibarən kubokun finalı üçün hazırlıqlara start verəcək.

Xəbər xətti