"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri

13:24 - 30 May 2015

17 rəqibdən 15-i bəllidi

 

Ağdam klubunun potensial rəqibləri arasında Bosniya və Hersoqovina və Çernaqoriya çempionları da yer alacaqlar. Ancaq hazırda həmin ölkələrdə çempion bəlli deyil. 

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən qoşulacaq "Qarabağ"ın 15 potensial rəqibi isə aşağıdakılardı:

 

 

UEFA Çempionlar Liqası

 

Səpələnmişlər: "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorest" (Bolqarıstan), "Dinamo" (Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya), "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Videoton" (Macarıstan), "Şkenderbeu" (Albaniya), Polşa çempionu ("Lex" və ya "Legiya").

 

Səpələnməmişlər: "Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Sloveniya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), Bosniya və Herseqovina çempionu ("Sarayevo" və ya "Jelezniçar"), Çernoqoriya çempionu ("Rudar" və ya "Sutyeska"), birinci təsnifat mərhələsinin 4 qalibi.

 

İkinci təsnifat mərhələsində ilk oyunlar iyulun 14-15-i, cavab matçları isə bir həftə sonra keçiriləcək.

Xəbər xətti