Çalışmalarda bütün futbolçular iştirak edib
"Qarabağ" Avstriyada təlim-məşq toplanışına davam edir.
Sportal.az xəbər verir ki, Kössen qəsəbəsində hazırlıqlarını davam etdirən komanda "Styaua" ilə oyundan sonra günü 2 məşqlə keçirib. Çalışmalarda bütün futbolçular iştirak edib. Ənənıəvi vaxtlarda 11:00 və 18:45-də baş tutan çalışmalarda ümumi fiziki hazırlıq üzərində çalışılıb. "Qarabağ"ın hazırlığını milli komandamızın baş məşqçisi Robert Prosineçki də izləyib.
Qeyd edək ki, komandamız İyulun 7-ində sonuncu yoxlama oyununa çıxacaq. Komandamız Moskva "Lokomotiv"i ilə qarşılaşacaq. Oyundan bir gün sonra isə komandamız Bakıya qayıdacaq.
saytlarin hazirlanmasi