Sabah vətənə dönəcək
"Qarabağ" Avstriyada baş tutan toplanış çərçivəsində son məşqini keçirib.
Sportal.az xəbər verir ki, iyunun 18-dən Kössen qəsəbəsində hazırlıqlarını sürdürən Ağdam təmsilçisi yerli stadionda 90 dəqiqəlik çalışma ilə məşqlərini başa vurub.
Son məşqdə əsasən taktiki çalışmalara üstünlük verən “Qarabağ” bugün yoxlama oyununda qüvvəsini sınayacaq. Rusiya "Lokomotiv"i ilə matç Kössen qəsəbə stadionunda keçiriləcək.
Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanın ertəsi – sabah “Qarabağ” Azərbaycana qayıdacaq. Komanda Münhen – İstanbul – Bakı reysiylə vətənə dönəcək.
saytlarin hazirlanmasi