Çumbinyo nə vaxt oynayacaq?

12:34 - 13 İyul 2015

"Çumbinyo avrokubokların təsnifat mərhələlərində çıxış etməyəcək"

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Çumbinyonun son durumu haqda məlumat verib.

 

Sportal.az xəbər verir ki, Qurbanov "Futbol+" qəzetinə müsahibəsində braziliyalı yarımmüdafiəçinin iki aydan sonra tam olaraq komanda ilə oynamaq ehtimalı olduğunu bildirib:

 

"Çumbinyo avrokubokların təsnifat mərhələlərində çıxış etməyəcək. Ola bilsin, müəyyən müddətdən sonra yavaş-yavaş kollektiv məşqlərə qoşulsun. Ancaq meydana çıxmasına azı iki ay vaxt lazımdır".

 

Qeyd edək ki, Çumbinyo ötən yay avrokubok oyununda zədələnib. Bugünlərdə “Qarabağ” onunla müqaviləni daha iki il müddətinə uzadıb.

Xəbər xətti