Kapitan 60-ı haqladı

13:47 - 16 İyul 2015

"Rudar"la matç əlamətdar oldu

 

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov üçün "Rudar"la (0:0) qarşılaşma avrokuboklarda yubiley oyunu olub.

 

Sportal.az xəbər verir ki, Sadıqov bu oyunda 60-cı oyununa çıxıb.

 

Sadıqov 50 oyun həddini arxada qoyan ilk azərbaycanlı futbolçu kimi də tarixə düşüb. O, bu oyunların 55-ni Azərbaycan, 5-ni isə Türkiyə klublarının heyətində keçirib. 60 avrokubok matçına üç klubun heyətində çıxan müdafiəçi bunlardan 37-ni "Qarabağ", 18-ni "Neftçi", 5-ni isə "Kayserispor"un formasında reallaşdırıb.

Xəbər xətti