II mərhələni keçsə...
Sabah Çempionlar Liqasında 3-cü mərhələnin püşkatma mərasimi keçiriləcək.
Sportal.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edən "Qarabağ" "Rudar" səddini keçəcəyi halda qarşılaşacağı potensial rəqibin kimliyinə aydınlıq gələcək.
Təmsilçimiz mərhələni adlayacağı təqdirdə səpələnməmişlər qrupunda yer alacaq. Bu mərhələdə səpələnmişlər qrupunda yer alan komandalardan 3-ü birbaşa bu turdan mübarizəyə qoşulacaq. Qalan 8 komanda isə 2-ci təsnifat mərhələsindəki cütlüklərin qalibləri olacaq.
Çempionlar qrupu
Səpələnmişlər
"Bazel” (İsveçrə)
"Zalsburq” (Avstriya)
"Viktoriya” (Çexiya)
BATE (Belarus) - "Dandalk” (İrlandiya) cütünün qalibi
"Seltik” (Şotlandiya) - "Styarnan” (İslandiya) cütünün qalibi
"Dinamo” (Xorvatiya) - "Fola” (Lüksemburq) cütünün qalibi
APOEL (Kipr) - "Vardar” (Makedoniya) cütünün qalibi
"Ludoqorets” (Bolqarıstan) - "Milsami” (Moldova) cütünün qalibi
"Trençin” (Slovakiya) - "Styaua” (Rumıniya) cütünün qalibi
"Maribor” (Sloveniya) - "Astana” (Qazaxıstan) cütünün qalibi
Səpələnməmişlər
"Ventspils” (Latviya) - HİK (Finlandiya) cütünün qalibi
"Midtyulland” (Danimarka) - "Linkoln” (Cəbəllütariq) cütünün qalibi
"Hibernians” (Malta) - "Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi
"Molde” (Norveç) - "Pünik” (Ermənistan) cütünün qalibi
TNS (Uels) - "Videoton” (Macarıstan) cütünün qalibi
"Skenderbeu” (Albaniya) - "Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi
"Partizan” (Serbiya) - "Dila” (Gürcüstan) cütünün qalibi
"Sarayevo” (Bosniya və Herseqovina) - "Lex” (Polşa) cütünün qalibi
"QARABAĞ” (AZƏRBAYCAN) - "Rudar” (Monteneqro) cütünün qalibi
"Malmö” (İsveç) - "Jalgiris” (Litva) cütünün qalibi