Qriqorçuk: "Oyunumuzu təhlil etmək çətindi"

10:13 - 17 İyul 2015

İkinci hissədə fərqli oynamaq istədik

 

"Çukariçki"ni, həmkarımı qələbə münasibətilə təbrik edirəm. Oyunumuzu təhlil etmək çətindir". 

 

Sportal.az xəbər verir ki,  bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki"yə məğlub olduqları oyun (0:1) haqda danışarkən deyib. 
 

Ukraynalı mütəxəssis komandasının çox top itkisinə yol verdiyini bildirib: "Biz oyun üslubumuza əsasən topa nəzarət etmək istəyirdik. Amma ötürmələr zamanı çox top itirirdik. Bunun alınmadığını görüb, ikinci hissədə fərqli oynamaq istədik. Hava ötürmələri ilə oynamağa çalışdıq. Rəqib bu oyunda topalmada, aqressivlikdə güclü idi”.

Xəbər xətti