"Qarabağ" üçün bir olaq" FOTO+VİDEO

20:22 - 17 İyul 2015

90 dəqiqə komandaya dəstək oldular

 

Azərbaycanda kişilərlə yanaşı qadınların da futbola olan sevgisi getdikcə artmaqdadır. Bunun bariz nümunəsi kimi “Ladies Qarabağ” fan klubunu misal göstərmək olar.
 


Sportal.az xəbər verir ki, təxminən bir il bundan əvvəl jurnalist Günay Yelmarqızının təşəbbüsü ilə yaradılan fan klubun sıraları getdikcə artmaqdadır. G.Yelmarqızının sözlərinə görə, fan klubu yaratmaqda əsas məqsədləri xüsusilə xanımları futbola cəlb etmək olub. Fan-klub rəhbəri Ağdam klubunun hər qələbəsinin Qarabağ uğrunda savaşa atılan daha bir addım olduğunu deyib.

 

Günay Yelmarqızı 

Günay Yelmarqızı bildirib ki, fan klub yeni yarananda kişi azarkeşlər qınayırdı ki, biz ancaq "Qarabağ"ın avrokubok oyunlarına gedirik: "Milli çempionatın oyunlarına da getmək lazımdır. Bizim isə bunun müqabilində təbii ki, cavabımız var idi.

Dedik ki, hansı milli çempionat oyunda kişi azarkeşlər stadionu doldurur ki, siz də düşmüsüz xanımların üstünə? Birinci kişilərin çempionat oyunlarına cəlb olunması lazımdır. Xanımlara da bu işdə dəstək və kömək edilməlidir.

 

“Ladies Qarabağ” fan klubu

 

"Qarabağ üçün bir olaq!" şüarı altında birləşən fan klub iyulun 15-i dəAğdam klubunu yalnız buraxmamışdı. Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ı dəstəkləməyə gələn xanımların sayı kifayət qədər çox idi. Komandalarının xarici ölkələrdə səfər matçlarında da yalnız qalmadığını deyən xanımlar Monteneqronun "Rudar" klubu ilə matçda 90 dəqiqəərzində durmadan dəstəklərini nümayiş etdirdilər.

 

 

“Ladies Qarabağ” fan klubu "Qarabağ" - "Rudar" oyununda

Fan-klubun mətbuat katibi Yaqut Taptıqızı artıq tribunalarda anaları da uşaqları ilə gördüklərini, sıralarına qoşulmaq üçün müraciətlərin də çoxaldığını bildirib.

 

 

Son vaxtlar ölkəmizdə qadınlar arasında futbola maraq göstərənlərin sayının artması sevindirici haldır. Ümid edirik ki, tribunalarda da xanım azarkeşlərin sayı getdikcə artacaq. Bu futbolumuzun inkişafına yeni bir təkan olardı. (Anspress)

Xəbər xətti