"Qarabağ"la, yoxsa "Rudar"la qarşılaşacağımız məni maraqlandırmır”

16:04 - 18 İyul 2015

"Çempionlar Liqasında zəif rəqib olmur"

 

"Növbəti mərhələdə "Qarabağ"la, yoxsa "Rudar"la qarşılaşacağımız hazırda məni maraqlandırmır”.

 

Sportal.az xəbər verir ki, bunu "Seltik"in baş məşqçisi Ronni Deyla deyib.

 

"Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində  "Rudar" səddini keçə bilsə, III mərhələdə Şotlandiya klubu "Seltik"lə üz-üzə gələ bilər. Bunun üçün "Seltik" də "Styarnan" (İslandiya) səddini keçməlidi.

 

"Seltik"in çalışdırıcısı əsas diqqətlərini "Styarnan"la cavab görüşünə yönəltdiklərini  bildirib: "III mərhələyə hələ çox var. İlk növbədə biz mərhələni adlamalıyıq. Bunu bacarsaq, ondan sonra rəqib barədə geniş danışa, araşdırma apara bilərik. Bircə onu deyə bilərəm ki, Çempionlar Liqasında zəif rəqib olmur. Öz oyunumuza gəlincə, "Styarnan"la matçda futbolçulardan razı qaldım. Daha çox qol vurmalı idik, ancaq 2:0 hesabı da bizim üçün ciddi üstünlükdü".

Xəbər xətti