"Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" klubu dünən "Rudar"la matç üçün Monteneqroya yollanıb.
Sportal.az xəbər verir ki, hava limanında sualları cavablandıran klubun baş məşqçisi Qurban Qurbanov ANS PRESS-ə, Bakıda qazanılan qolsuz heç-heçənin təhlükəli hesab olduğunu bildirib. İlk matçla müqayisədə heyətdə ciddi dəyişiklik etməyəcəyini deyən Qurbanov komandanın sıralarına yeni qoşulan futbolçulara 18 nəfərlik heyətdə yer verəcəyini bildirib.
Qeyd edək ki, "Rudar" - "Qarabağ" oyun 22 İyul, saat 23:45-dəkeçiriləcək. Bu komandalar arasındakı ilk qarşılaşmada hesab açılmamışdı.
saytlarin hazirlanmasi