Avrokuboklarda 8-ci qol
Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro "Rudar”ını səfərdə 1:0 hesabı ilə məğlub edən "Qarabağ”ın heyətində Reynaldo rekorda imza atıb.
Sportal.az xəbər verir ki, həlledici qolun müəllifi olan braziliyalı klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu ünvanına sahib çıxıb. Buna qədər "Qəbələ”nin yarımmüdafiəçisi Rəad Sadiqovla şərikli lider (7 qol) olan "sambaçı” avrokuboklarda "Qarabağ” formasıyla 8-ci topunu vurub.
Qeyd edək ki, Reynaldonun qolu həm də Azərbaycan klublarının avrokuboklarda yubiley – 60-cı qələbəsinə töhfə verib. 60-cı qələbə 224-cü matçda qeydə alınıb.
saytlarin hazirlanmasi