Bizim üçün əsas Çempionlar Liqasıdı
Çempionlar Liqasınım 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Seltik"in baş məşqçisi Ronni Deyla Şotlandıya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, o "Qarabağ"ın güclü rəqib olduğunu söyləyib: "Qarabağ" gözlədiyimizdən də, yaxşı komandadı. Onlar keçən mövsüm Enshededə "Tvente" ilə qollu heç-heçə oynayaraq, Avroliqanın qrupuna düşüblər. Qrup mərhələsində də yaxşı çıxış edib”
Norveçli mütəxəssis daha sonra fikrinə belə davam edib: "Biz də kifayət qədər yaxşı komandayıq. İlk matç öz bizim meydanda keçiriləcək. Bu, bizim üçün çox önəmli oyundu. Eyni zamanda, rəqib üçün də çətin qarşılaşma olacaq. Çempionlar Liqasında asan oyun olmur. Qələbə qazanmaq və pley-offa adlamaq üçün bütün gücümüzdən istifadə etməliyik. Bizim üçün əsas Çempionlar Liqasıdı. Komandanın bütün üzvləri turnirin qrup mərhələsində oynamaq istəyir".
saytlarin hazirlanmasi