Bu gündən etibarən satışa çıxır
	 
	Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Anderlext" qarşılaşmasının biletləri sabahdan satışa çıxarılacaq.
	 
	Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletləri bu gün saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq.
	 
	Biletlər nömrəli sektorlar üzrə 2,3,5, 8,10, 15 və 20 AZN-dir.  VİP 50 AZN-dir.
	 
	"Qarabağ" azarkeşlərdən biletləri sadəcə kassalardan məhz göstərilmiş qiymətlərlə almalarını xahiş edib.  Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satıldığı bildirilib.
	 
	Qeyd edək ki, "Qarabağ" - "Anderlext" qarşılaşması oktyabrın 1-i keçiriləcək.
                      
saytlarin hazirlanmasi