"Qarabağ" 1470 gündən sonra

15:38 - 28 Sentyabr 2015

Ən sülhsevər cüt

 

Azərbaycan Premyer Liqasının VI turunda heç-heçə edən “Qarabağ”la “Neftçi” ölkə çempionatları tarixində 24-cü dəfə heç-heçə edib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki,  Azərbaycan birinciliklərində ən çox sülh qeyd alınan cüt 61 dəfə üz-üzə gəlib. 


Heç-heçə sayında ikinci “Qarabağ” – “Bakı” cütüdür. Bu rəqiblərin 50 qarşılaşmasından 16-da bərabərlik qeydə alınıb. 3 cütdə isə 15 sülh gerçəkləşib. “Xəzər Lənkəran” “İnter”lə 33, “Neftçi” ilə 34 görüşdən 15-də 1 xal əldə edib. Növbəti turda üz-üzə gələcək “İnter”lə “Qarabağ”ın əvvəlki 43 matçında da eyni sayda heç-heçəyə təsadüf olunub.

 

“Qarabağ”ın “Neftçi” ilə matçı həm də Ağdam təmsilçisinin uzun fasilədən sonra ev oyununu Suraxanı qəsəbə stadionunda keçirməsi ilə əlamətdar olub. Əyalət klubu bu arenada son çempionat qarşılaşmasını 1470 gün əvvəl keçirib. 2011/12 mövsümünün I dövrəsində, 2011-ci il sentyabrın 17-də əyalət klubu burada “Xəzər Lənkəran”ı qəbul edib və 0:1 hesabı ilə uduzub. Bu müddətdə Premyer Liqada 63 ev oyunu keçirən “Qarabağ” rəqiblərini 6 müxtəlif stadionda qəbul edib.

Xəbər xətti