24-cü qələbə
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Anderlext"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" 62-ci matçına çıxıb.
Sportal.az xəbər verir ki. Ağdam klubu qitə miqyaslı turnirlərdə Azərbaycan klubları arasında hamıdan çox oyun keçirib. Belçika təmsilçisi ilə qarşılaşması ilə "köhlən atlar" 62 matçda 24 qələbə, 16 heç-heçə və 22 məğlubiyyət var. Bu göstərici ilə Ağdam klubu Azərbaycan rekordçusudur. Bu matçlarda 59 qol vuran "Qarabağ" qapısında 78 tip görüb.
Xatırladaq ki, "Qarabağ" avrokuboklarda ilk oyununu 1996-cı il avqustun 8-də Finlandiyanın "Müpa" klubuna qarşı keçirib. Kuboklar Kubokunun 19 il əvvəlki ev oyununda Ağdam təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi