Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Monako" ilə oyunöncəsi mətbuat konfransında bildirib. Qurbanov klubun strategiyası haqda suala da belə cavab verib:
"Əvvəllər daha çox yerli futbolçulara üstünlük verirdik. Avroliqada oynadıqdan sonra, büdcəmizə görə faydalı legionerlər axtarırıq. Klubumuzun büdcəsinin az olmasına baxmayaraq, böyük işlər görməyə çalışırıq".