"Qarabağ"ı məğlub edərək qrupda ilk qələbəmizi qazanmaq istəyirik"
	 
	Avroliqanın qrup mərhələsinin 3-cü turunda təmsilçimiz "Qarabağ" səfərdə "Monako"nun qonağı olacaq.
	 
	Sportal.az xəbər verir ki, "Monako"nun hücumçusu Lasina Traore oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
	 
	"Qarabağ"ı məğlub edərək qrupda ilk qələbəmizi qazanmaq istəyirik. Bizi çətin qarşılaşma gözləyir, ancaq bu oyunda xal itirmək fikrimiz yoxdur. Yalnız 3 xal üçün meydana çıxacağıq. 
	 
	Zədəmi sağaltdıqdan sonra özümü daha yaxşı hiss edirəm. Sabah əlimdən gələni edəcəm ki, komandama kömək edim".
	 
	Qeyd edək ki, "Monako" - "Qarabağ" matçı sabah saat 22:00-da start götürəcək.
                      
saytlarin hazirlanmasi